İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya bankı ABŞ şirkətinə 100 milyard dollar yatıracaq  

Yaponiyanın SoftBank korporasiyası Amerikanın Intel şirkətinin səhmlərinə 2 milyard dollar sərmayə qoyacaq.

Musavat.com xəbər verir ki, bu barədə yapon şirkəti məlumat yayıb: "İnvestisiya Intel və SoftBank-ın ABŞ-da qabaqcıl texnologiyaların və yarımkeçiricilərin inkişafına sərmayə yatırmaq öhdəliyi fonunda həyata keçirilir". Həmçinin vurğulanır ki, Yapon korporasiyasının Intel-ə investisiyası qabaqcıl texnologiyaların və süni intellektlə əlaqəli texnologiyaların təşviqinə yönəlmiş uzunmüddətli inkişaf planına uyğundur.

Qeyd edək ki, iyulun 23-də ABŞ-la Yaponiya arasında əldə olunan ticarət razılaşmasına əsasən Yaponiya ABŞ iqtisadiyyatına 550 milyard dollar investisiya yatırmağı öhdəsinə götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR