Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən “KazAID” agentliyi Almatıda yaponiyalı mütəxəssislərin iştirakı ilə seysmik təhlükəsizlik məsələləri üzrə seminar təşkil edir.
Musavat.com ölkə mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Tədbir Yaponiyanın Beynəlxalq İnkişaf Agentliyi Jaika (JICA), Qazaxıstanın Zəlzələyə Davamlı Tikintilər Elmi-Tədqiqat Layihə və Eksperimental İnstitutu (KazNIISA) və Fövqəladə Hallar və Fəlakət Riskinin Azaldılması Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Yaponiyalı mütəxəssislər seysmik təhlükəsizlik sahəsində öz təcrübələrini Mərkəzi Asiya (Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan) və Qafqazın (Azərbaycan, Ermənistan, Gürcüstan) nümayəndələri ilə bölüşəcək, seysmik izolyasiya sahəsində qabaqcıl texnologiyalar və standartlar haqqında danışacaqlar.. Mütəxəssislər həmçinin Almatı və Noto şəhərlərində baş vermiş son zəlzələləri öyrənəcəklər ki, bu da gələcəkdə seysmik risklərin qarşısının alınması strategiyalarının işlənib hazırlanmasına kömək edəcək.
Seminar bu gün başlayacaq və aprelin 19-dək davam edəcək.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ