İnsanlara hürriyət, millətlərə istiqlal!

Xzmalyan: "Sabah Gürcüstan Ermənistana sərhədləri bağlasa, bunun günahı..."

 

Gürcüstanda baş verən hadisələr hələ yeni mərhələyə qədəm qoyur.

Musavat.com
erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan səsləndirib.

Xzmalyan bildirir ki, Gürcüstandakı vəziyyət hakim partiya üçün çətinləşib, çünki ABŞ və Avropa seçki nəticələrini tanımır. Onun fikrincə, ABŞ dövlət katibinin göndərdiyi qısa məktub bir növ ultimatumdur və açıq şəkildə Gürcüstan xalqının Avropa İttifaqı və Avropa sivilizasiyasına doğru seçimini davam etdirməsinin vacibliyini vurğulayır.

Gürcüstandakı seçkilərin Ermənistan Respublikasına mümkün təsirlərini dəyərləndirən Xzmalyan, bir həmkarının təhlilindən sitat gətirərək əlavə edib: "Əgər sabah Gürcüstan, Rusiya Federasiyasının tələb etdiyi kimi, Ermənistana Fransa silahlarının çatdırılmasına mane olmaq üçün sərhədlərini bağlasa, bu vəziyyətin günahı həm İvanişvilinin rusiyayönlü partiyasına dəstək verən Cavaxk ermənilərinin, həm də həmin partiyanı təbrik etməyə tələsən Ermənistan hakimiyyətinin üzərinə düşəcək."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR