İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN rəsmisi Ermənistanın COP29-da iştirakı məsələsindən DANIŞDI

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, onların iştirakı hələlik məlum deyil.

A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyini də şərh edib: "İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkə ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin şübhəsiz ki, əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsinə hər hansı şərh vermirik, çünki müvafiq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz ki, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR