Onlayn ictimai-siyasi qəzet
Martın 13-15-də paytaxtda XII Qlobal Bakı Forumuna start veriləcək.
Musavat.com xəbər verir ki, builki forum "Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunub.
Tədbirdə 25-dən çox sabiq prezident, 15-dən çox sabiq baş nazir, 10-a yaxın BMT va agentliklərinin rəhbərləri, 25-dən çox sabiq nazir və nazir müavinləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkədən 300-dən çox nüfuzlu dünya liderləri iştirak edəcək.
Forumla bağlı bu gün təşkil edilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin beynəlxalq əlaqələrin bir çox səbəbdən dəyişdiyinə diqqət çəkib:
"İnanıram ki, seçdiyimiz mövzular, müzakirələrimiz yeni imkanlar açacaq. Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa da qeyd edib ki, dünyanın bir çox ölkəsində çox sayda məsələnin həllinə həsr olunmuş müzakirələrimiz olacaq. Hər bir problem müzakirələr yolu ilə həll olunmalıdır. Qlobal məsələlərin müzakirəsi əhəmiyyətlidir".
Qeyd edək ki, tədbir çərçivəsində "Geosiyasi dəyişmələr", "Multilateralizmə yenidən baxılması", "Gələcək üçün BMT Paktı", "Ukrayna-Avropa Birliyi", "Qlobal Səhiyyə Böhranda", "Sülh-Münaqişə Sonrası Yenidənqurma və Regional Sabitlik", "COP29: Belem üçün Sıçrayış", "Yeni Dünya üçün Yeni Texnologiyalar", "Gender-Təhlükəsizlik İqlim Bağlantısı" kimi mövzular müzakirə olunacaq.
Nigar HƏSƏNLİ,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ