Onlayn ictimai-siyasi qəzet
"Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Musavat.com bizim.media-ya istinadla xəbər verir ki, o, qonaq olduğu "Xəbərin var?" maqazin verilişində xadiməsinin evdən oğurluq etdiyini bildirib.
"Anam mənimlə birlikdə yaşayır, yaşlı qadındır, iş görə bilməz. Mən də hər gün qaça-qaçda olduğum üçün elə bir insan lazım idi ki, həm anama, həm özümə, həm də oğluma qulluq etsin. Demək olar ki, o qadın evimizdə 4 il çalışdı.
İnanın mənə, yadıma salanda şok keçirirəm. İnsanlar necə rola girə bilirlər. Bir sözlə, rol oynayırlar. 4 il o qadın rolda olub və bu müddət ərzində evimdən nələr gedib".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ