Onlayn ictimai-siyasi qəzet
Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.
Musavat.com-un əməkdaşları hadisənin baş verdiyi Neftçilər metrosu yaxınlığındakı birinci kampusda olublar və əldə etdikləri məlumata əsasən bildirirlər ki, bıçaq xəsarəti alan 4-cü kurs tələbəsi Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Tələbəyə yerində tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs – F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Universitetin təhlükəsizlik kameralarına baxış keçirilir, hadisənin şahidi olan tələbələr isə dindirilmək üçün polis bölməsinə aparılıb.
Universitetin mühafizə xidmətindən aldığımız məlumata əsasən, səlahiyyətli şəxslər xəstəxanadadır.
Əldə etdiyimiz məlumata görə, insident 4-cü kurs tələbələri arasında baş verib. Münaqişənin dəqiq səbəbi hələlik açıqlanmır.
İnarə Hünbət
Mənzər Novruzlu
FOTOLAR MÜƏLLİFLƏRİNDİR
ŞƏRHLƏRŞƏRH YAZ