İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizi ilə bağlı QORXUNC REALLIQ - VİDEO

Xəzər dənizində suyun səviyyəsi enməkdə davam edir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, suyun səviyyəsi son 10 ildə 114 sm enib. Coğrafiya elmlər doktoru Səid Səfərov bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axımın azalmasıdır. Hətta, Kür çayı son 2 ildə Xəzər dənizinə şirin su gətirmir.

Səid Səfərov onu da bildirib ki, Xəzər dənizində suyun azalması, çaylarda axımın azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.

Coğrafiya elmlər doktoru onu da əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.

Səid Səfərov deyir ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olur. Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR