İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətai və Suraxanı arasındakı “zibil poliqonu” yenə yandırıldı

Xətai və Suraxanı rayonları arasındakı boş sahədə yanğın baş verib.

Vaxtilə burada bağlar olsa da, sonradan bağların hasarlarının sökülməsi səbəbindən ərazi baxımsız vəziyyətə düşüb, eyni zamanda buralar müxtəlif rayonlar üçün zibilliyə çevrilib. Bu da vaxtaşırı yanğın hadisələrinin baş verməsinə səbəb olur.

Musavat.com-un xatırladır ki, ötən həftə də bu ərazidə yanğın baş vermişdi və küləkli hava FHN əməkdaşlarının işini xeyli çətinləşdirmişdi. Bu gün də FHN-nin Suraxanı və Xətai rayonlarının əməkdaşlarının səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Təəssüf ki, yanğın nəticəsində 100-dək meyvə ağacı məhv olub, həmçinin ekologiyaya ciddi zərər dəyib. Sakinlər artıq davamlı xarakter alan bu vəziyyətə son qoyulmasını, yanğınları törədənlərin tapılıb cəzalandırılmasını, bu ərazinin nəhayət, abadlaşdırılaraq istirahət guşəsinə çevrilməsini xahiş edirlər.

Musavat.com olaraq ərazidə apardığımız videoçəkilişi təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR