Onlayn ictimai-siyasi qəzet
Britaniyalı müğənni Cessi Cey uğurlu əməliyyatdan sonra "Xərçəng tamamilə yox oldu" deyərək izləyicilərinə ümid verib.
Musavat.com xəbər verir ki, süd vəzi xərçəngi ilə mübarizə aparan 37 yaşlı sənətçi bu barədə öz sosial media hesabında paylaşım edib.
Aprel ayında xərçəng diaqnozu qoyulan müğənni iyunun əvvəlində keçirdiyi əməliyyatların uğurlu nəticələndiyini qeyd edib.
Cessi Cey iyunun 15-də keçirilən “Capital Summertime Ball” tədbirində səhnə almış, daha sonra müalicə müddəti üçün sənətdən müvəqqəti uzaqlaşmışdı.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ