Onlayn ictimai-siyasi qəzet
2050-ci ilə qədər xərçəngə yeni yoluxma halları 35 milyon nəfərə qədər artacaq ki, bu da 2022-ci ildə qeydə alınandan (20 milyon yoluxma) 77% çoxdur.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) dərc etdiyi hesabatında deyilir.
Qeyd olunub ki, 2022-ci ildə təxminən 20 milyon xərçəngə yeni yoluxma halları və 9,7 milyon ölüm hadisəsi baş verib.
Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.
Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən biri və hər 12 qadından biri bu xəstəlikdən ölür.
ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir.
Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni yoluxma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon yoluxma, 11,6%), kolorektal xərçəng (1,9 milyon yoluxma, 9,6%), prostat xərçəngi (1,5 milyon yoluxma, 7,3%) və mədə xərçəngi (970,000 yoluxma, 4,9%) yer alıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ