İnsanlara hürriyət, millətlərə istiqlal!

Xədicə İsmayıl xərçəngdən əməliyyat olunub: "Efirə çıxa bilmirəm..."

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl trioid xərçəngindən əməliyyat olunub.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistin özü sosial media hesabında məlumat yayıb.

Sitat: "Bir neçə aydır, görünmürəm. Səhhətimlə bağlı problemlər var, həll edirəm. Tiroid xərçəngindən əməliyyat olunmuşam. Hər şey yaxşı olacaq. Artıq işə çıxıram, amma efirdə deyiləm. Səs tellərimin durumu imkan vermir. Müsahibə də verə bilmirəm. Üzrlü sayın.
Məsələyə müsbət tərəfdən baxaq - artıq istəsəm də gəvəzəlik edə bilmərəm..."

Xədicə İsmayıl uzun müddət "Azadlıq" radiosunun Azərbaycan bürosunun rəhbəri olub.

O, "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazıb.

Onun həyatında həbsxana dönəmi də olub. Belə ki, Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

2016-cı ilin yayında Azərbaycan Ali Məhkəməsi Xədicə İsmayılın 5 il şərti azadlığa buraxılması barədə qərar verdikdən sonra o, azadlığa çıxıb.
Hazırda o, Toplum TV layihəsində çalışır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR