Onlayn ictimai-siyasi qəzet
“Seçki kampaniyasının necə getməsi, namizədlərin nə danışması mənim üçün əhəmiyyət kəsb etmir. Bu seçkiləri biz neçə illərdir görürük və s. Mənim üçün əhəmiyyət kəsb edən Azərbaycan xalqının Azərbaycana ZƏFƏR qazandırmış bir liderə neçə faizli səs verməsidir”.
Musavat.com xəbər ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın efirində deyib.
“Mən əminəm ki, böyük çoxluq o faktı nəzərə alaraq, bir minnətdarlıq jesti olaraq, Qarabağa görə, Şuşaya, Xankəndiyə, Xocalıya görə bunları təmin etmiş şəxsin, Azərbaycan xalqı ilə ordunun, dövlətin birliyinə liderlik etmiş şəxsin haqqını verəcək. Amma heç də heç kim arxayın olmasın ki, onsuz da İlham Əliyev seçiləcək, seçkiyə getməyək, bu da doğru deyil. Orada çox olmalıyıq, orada güclü olmalıyıq, orada görünməliyik. Azərbaycan xalqı bu səhnədə yer almalıdır. Çünki bu seçkidən sonra yeni, böyük mərhələ başlayacaq. Biz xalq olaraq missiyamızı hələ bitirməmişik. Bizim hələ qarşıda böyük missiyamız var”, - R.Arifoğlu bildirib.
Daha ətraflı videoda:
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ