Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Yusif Eyvazov rus mediasına müsahibə verib.
Opera ifaçısı bir müddət əvvəl boşandığı həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan danışıb. O bildirib ki, ayrılsalar da, münasibətlərini davam etdirilər:
"Bir-birimizə çox yaxınıq. Münasibətimiz çox əladır. Onun mənə doğma olması heç vaxt dəyişməyəcək. Ona görə də bizim səhnədə rollarımız gözəl alınır".
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Anna və Yusif ötən il 10 illik evliliklərini sonlandırıb. (Axşam.az)
03 Noyabr 2025
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ