İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda iki il əvvəl əlil qadını bu şəxs ÖLDÜRÜBMÜŞ - ŞOK DETAL

Xaçmazda iki il əvvəl görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum olub.

Ötən gün Xaçmaz rayonunda iki il əvvəl baş verən cinayətin üstü açılıb.

2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, 59 yaşlı gözdən əlil Gülxar Cahangirovanın rayonun Xaspolad-oba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.

Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.\Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR