Onlayn ictimai-siyasi qəzet
İranın ali rəhbəri Əli Xameneinin ivrit dilindəki X hesabı "qaydaları pozduğu üçün" bloklanıb.
Musavat.com xəbər verir ki, bu, Xameneinin İsrailə qarşı cavab zərbəsi ilə bağlı paylaşımından sonra baş verib.
"The Jerusalem Post"un məlumatına görə, Xamenei hesabını 26 oktyabrda baş verən hücum günü açıb. Onun əsas ingilisdilli hesabları isə fəaliyyətini davam etdirir.
İsrailin hərbi radiosu "Galey Tzahal" bildirir ki, İsrail Ordusunun zərbələri nəticəsində Tehranın bütün strateji müdafiə imkanları məhv edilib və uzaq mənzilli zenit raket batareyalarından məhrum olub. İran KİV-ləri isə ziyanın "əhəmiyyətsiz" olduğunu bildirib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ