İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək

"WhatsApp" masaüstü tətbiqi üçün yarıda qalan mesajlara bildirişlər göstərməyə başlayacaq.

Trend-in məlumatına görə, "WhatsApp"da mesaj yazarkən söhbət ekranından çıxdıqda, yazılan mətn silinməyəcək. "WhatsApp" indi "Telegram" kimi yarımçıq mesajlar üçün bildirişlər göstərməyə başlayacaq.

Tutaq ki, dostunuzla danışarkən mesajınız yarıda qaldı. Daha sonra "WhatsApp"a daxil olduqda və ya bütün söhbətlərin olduğu menyunu gördükdə həmin mesajla bağlı "Qaralama" şəklində bildiriş gələcək. Bu bildirişi görən istifadəçi anlayacaq ki, o şəxsə mesaj yazıb, lakin hələ də göndərməyib. Bu şəkildə "Göndərməyi unutdum" kimi vəziyyətlər geridə qalacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR