Onlayn ictimai-siyasi qəzet
Deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinin sakinləri ilə olub.
Musavat.com xəbər verir ki, çıxış edən ziyalılar Tərlan Süleymanov və Amil Zalov namizədin fəaliyyəti barədə məlumat verərək qəsəbə sakinlərini seçkidə fəal iştiraka dəvət ediblər.
Vüqar Bayramov VI Çağrış Milli Məclisdə təmsilçiliyi dövründə həyata keçirdiyi işlərlə bağlı geniş məlumat təqdim edərək deputat səlahiyyətləri çərçivəsində töhfə verməyə çalışdığı məsələlərə diqqət ayırıb.
O bildirib ki, millət vəkili kimi nəinki öz seçildiyi dairə ilə bağlı, bütövlükdə sosial və iqtisadi məsələlərə mütəmadi münasibət bildirməyə və təkliflər təqdim etməyə çalışıb.
O, seçicilərin etimadını qazanacağı halda əvvəlki illərdə olduğu kimi Horadiz şəhərində hər ay təşkil edilən qəbulların, qəsəbə və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini qeyd edib. Milli Məclisdə Füzuli rayonunu layiqincə təmsil etməyə çalışacağını bildirib.
İnteraktiv formada keçirilən görüşdə kənd sakinlərinin fikirləri dinlənilib və sualları cavablandırılıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ