İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov doğulduğu kəndin FOTOSUNU paylaşdı - 30 il sonra "yada düşdü"...

"Doğulduğum və orta məktəb təhsili aldığım kəndimiz 1993-cü ildə Ermənistan tərəfindən işğal olundu. O zaman 18 yaşım var idi. Əgər bir sıra aparıcı ölkələr indiki kimi fəal olub Ermənistanı qınasaydılar, bəlkə də ömrümün 30 ilini məcburi köçkün kimi yaşamazdım".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

KENDLER.jpg (698 KB)

"Amma onların aktivliyi 30 il sonra "yada düşdü": Azərbaycana qarşı qərəzli qətnamələri ilə. 30 il ərzində susmağa üstünlük verdilər. İşğal müddətində isə nəinki mənim kəndim, bütün rayonum dağıdılaraq xarabalığa çevrildi. Mənim kəndimdən qalan isə sadəcə şəkildə olandır. Budur ikili standartın nəticəsi", - millət vəkili bildirib.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR