İnsanlara hürriyət, millətlərə istiqlal!

Volkovun Azərbaycan dövlətinə yazdığı GİZLİ MƏKTUBLARDA nələr var? - VİDEO

Xankəndi-Gorus yoluna nəzarətin tam olaraq Azərbaycana keçməsi ilə, regionda yeni vəziyyət yaranıb. Artıq Qarabağın erməni sakinlərinin yaşadıqları ərazilərdə və Laçın yolunda Rusiya sülhməramlılarının 12 dekabr 2022-ci ildən əvvəlki avtoriteti yoxdur. Azərbaycan müasir dünyanın siyasət və diplomatiya sahəsində nadir rastlanan bir addıma imza atıb. Politologiyada "Yumşaq güc" – SOFT POWER adlanan anlayış Qarabağda, Laçın yolunda səhnələşdirildi və çox uğurlu nəticələr alındı. Azərbaycan illərdir ona problem olan, hətta Qarabağ zəfərindən sonra da ölkəmizə çətinliklər yaradan Laçın dəhlizini - Xankəndi - Gorus yolunu məhz yumşaq gücünü istifadə edərək, tam nəzarətə götürdü.

Bir politoloji anlayışı geosiyasi alətə çevirmək təbii ki, böyük uğurdur. Elə buna görə də Ermənistan, erməni lobbisi və erməni tərəfdarı olan Qərb-Şərq ölkələri (Fransa, İran) bu nümunədə demoqojidən başqa heç nə edə bilmirlər. Onlar gözləyirdilər ki, Azərbaycan bu addımı tanklarla, qaba güclə həyata keçirdəcək və bunun da qarşılığında dünyanı rəsmi Bakının qzərinə yönəldəcəklər. İndiki nümunədə də Fransa dünyanı Azərbaycana qarşı qaldırmağa çalışır. İran və Rusiya nümunəsində, yaxın qonşularımız da xainliklərinə çoxdan hazırdırlar. Lakin kimsənin əlindən bir şey gəlmir! Fransa 12 gündür ki, BMT dəhlizlərində erməni davası aparır. Azərbaycanı suçlayacaq bəyanat qəbul etdirməyə, Laçın yolunun açılmasına dair qətnamə çıxartdırmağa ciddi-cəhdlər edir, lakin heç nə alınmır! BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa Azərbaycan və onun dostlarına beynəlxalq müstəvidə üstün gələ bilmir! 2022-ci ilin ən önəmli hadisələrindən biri də budur.

Məsələ isə əslində çox sadədir. Azərbaycan BMT çərçivəsində qəbul olunan öz ərazilərində yollardan birinə nəzarət modelini dəyişdirib, oradan keçən təhlükəli yüklərin qarşısını almaq üçün tədbirlər görür. Hansı dövlət öz ərazisindən keçən hər hansı yolla minalar daşınarkən, üçüncü dövlətə aid terroristlər, şübhəli yüklər gəlib-gedərkən, yenə hansısa xarici dövlətin vətəndaşları ərazisində qeyri-qanuni fəaliyyətlə məşğul olarkən, silahlı dəstələr yaradıb, terror əsdirərkən seyrçi qalar? Fransa, İran, Rusiya, Amerika belə bir şeyə dözər?

Bu məqamda qeyd edək ki, Laçın dəhlizindəki hadisə dünya tarixindəki yeganə lokal xarakterli hadisədir ki, BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb və onun üzərində iki həftə davam edən mübahisələr gedir.

Beləliklə, Azərbaycan özünün ərazisində daha bir nəzarətsiz yola öz nəzarətini bərpa edib. Laçın yolu deyilən məlum ərazidə ekofəalların və QHT təmsilçilərinin 12 dekabrda başlayan məlum aksiyası ilə Xankəni-Goruz yoluna nəzarət Rusiya sülhməramlılarından Azərbaycana dövr edilib. Artıq məsələ o yerə çatıb ki, sülhməramlıların komandanı general Volkov belə missiyaya aid maşınların ərazidən keçməsi üçün Azərbaycan tərəfinə məktubla müraciət edir. Musavat.com-a belə bir müraciətin bir sıra detalları da bəlli olub. Belə ki, 28 dekabr tarixində Rusiya sülhməramlılarına ərzaq daşıdığı iddia olunan iki ədəd yük maşınları aksiyaçılar tərəfindən Xankəndinə buraxılmayıb. Buna səbəb maşınların Ermənistana aid nömrələrlə hərəkət etməsi olub. General Volkov bu mövzuda iki xahiş məktubu yazaraq, yüklərin keçirilməsini istəyib. Azərbaycan tərəfi yalnız yüklər yoxlandıqdan sonra bu icazəni verib.

Bu kuryoz hadisə, eləcə də 2022-ci ilin digər hadisələrinin özəti, 2023-cü ildə bizi gözləyən mövzularla bağlı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavata müsahibə verib.

Azərbaycanın 2023-cü ildəki əsas hədəfi və bizi gözləyən 1 nömrəli problem nədir?

Gələn il Azərbaycan qarşısında duran əsas vəzifə, yaxud hədəf nə olacaq: təhlükəsizlik (o sırada Qarabağla bağlı, Rusiya və İrandan qaynaqlanan təhdidlər), iqtisadi dolanışıq, inflyasiya, ərzaq təhlükəsizliyi, Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyası məsələsi, Ermənistanın beynəlxalq məhkəməyə verilməsi, yoxsa nə? Azərbaycan dövlətinin prioriteti kimi hansı məsələ önə çıxmalıdır? Sıralama necə olacaq?

Buyurun, bu suallara verilən cavabları seyr edin:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR