İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazov rəislərin qarşısına tələb qoyub XƏBƏRDARLIQ etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə nazir 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.

Vilayət Eyvazov onlara saxlanılan şəxslərə qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR