İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda imzalanan sazişə ATƏT-dən REAKSİYA

ATƏT-in baş katibi Feridun Sinirlioğlu avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, bəyanatda bildirilir:

“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayır, Ermənistan və Azərbaycanı bu nailiyyət münasibətilə təbrik edir və ABŞ prezidenti Donald Trampın bu prosesdəki rolunu yüksək qiymətləndiririk. ATƏT hər iki ölkədə davamlı sülh və sabitliyin bərqərar olmasına yönəlmiş bütün səylərə sadiqdir”.

Üçtərəfli görüşdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun fəaliyyəti və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət imzalayıblar.

ATƏT-in baş katibi vurğulayıb ki, “ATƏT 8 avqust tarixli Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR