İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun qardaşının vəzifədən azad edilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbovun işdən çıxması ilə bağlı Baş Prokurorluqdan açıqlama verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilir ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

***

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Nizam Rza

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR