İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Cənab prezident bu qanunu bir neçə dəfə qaytarıb, amma...”

Milli Məclisin iclasında “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda çıxış edən deputat Vahid Əhmədov layihəyə qarşı çıxıb.

“Mənim aldığım məlumata görə cənab prezident bu qanunu bir neçə dəfə qaytarıb. Amma necə olubsa, yenə də bu qanun gəlib Milli Məclisə çıxıb” - deyə, deputat bildirib. V.Əhmədov bu səbəbdən qanun layihəsinin müzakirələrdən çıxarılmasını və yenidən işlənməsini təklif edib.

Deputat Elman Nəsirov da layihə ilə bağlı müəyyən narahatlığını bölüşüb.

Lakin səsvermədən sonra qanun layihəsi qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR