İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST koronavirusun yeni ştamından narahatdır - artıq 29 ölkədə aşkar edilib

Koronavirusun mutasiyaya uğramış yeni forması - “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

AZƏRTAC “Politico”ya istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib.

“Yeni ştam artıq 29 ölkədə tapılıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”, - deyə ekspert narahatlığını ifadə edib.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR