Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) işçilərinə rəhbərlik tərəfindən göndərilən məktubda, gizli sənədləri mümkün qədər tez bir zamanda məhv etmələri tapşırılıb.
"Əvvəlcə mümkün qədər çox sənədi məhv edin, sonra isə əgər sənəd parçalayıcı nasaz olarsa və ya fasiləyə ehtiyac duyarsa, sənədləri yandırın", — məktubda qeyd edilib.
Musavat.com xəbər verir ki, bu tapşırıq, USAID-in icraçı katibi Erika Carr tərəfindən göndərilib və məktubun surəti "The New York Times" qəzetinin əlindədir.
NYT-nin yazdığına görə, məhv edilən sənədlər, Tramp administrasiyasına və USAID-ə qarşı açılmış bir neçə məhkəmə işinə aid ola bilər.
Bu işlər kütləvi işdən çıxarmalar, işçilərin birdən-birə köçürülməsi, agentliyin sürətli bağlanması və xarici yardımların demək olar ki, hamısının dondurulması ilə əlaqəlidir.
Dövlət qulluqçularının sənədləri məhv etməzdən əvvəl Milli Arxivlər və Sənəd İdarəsindən icazə alması qanunla tələb olunur.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ