İnsanlara hürriyət, millətlərə istiqlal!

Uralda anomal istilər - yük maşınları üçün magistralla bağlanıb

Rusiyanın Sverdlovsk vilayətinin yol polisi anomal istilər dövründə ağır avtomobillər üçün federal magistrallarda müvəqqəti hərəkət məhdudiyyətinin tətbiqi barədə yük maşınlarının sürücülərinə məlumat verib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, məhdudiyyətləri yolun sahibləri – “Uralupravtodor” şirkəti tətbiq edib.

Sverdlovsk, Tümen, Kurqan vilayətlərində və Xantı-Mansi muxtar dairəsində federal əhəmiyyətli ictimai yollardad da yük maşınları üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlər iyunun 13-dən 16-dək hər gün saat 10.00-dan 22.00-dək davam edəcək”, - məlumatda deyilir.

Hesab olunur ki, ağır tonnajlı yük avtomobilləri anomal istilərin təsirindən yumşalmış asfalt yolu dağıda bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR