İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitet və məktəblərdə telefondan istifadə qadağan olunsun- Tolik əsəbiləşdi 

“Elm və Təhsil Nazirliyi bütün universitetlərdə, məktəblərdə, özəl təhsil müəssisələrində dərs vaxtı telefonların istifadəsini qadağan etməlidir”.

Musavat.com bildirir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) deyib.

Tarix Əliyev tələbələrin universitetlərdə dərs zamanı “Tik-Tok”da canlı açmasını əks etdirən videogörüntüləri paylaşaraq, qeyd edib:

“Bir neçə vaxt əvvəl məktəblərdə baş verən hadisələr ilə bağlı cəmiyyət müəllimləri günahlandırırdı. Bu cür hadisələr orta məktəblərdə baş verirdi və yeniyetmə uşaqlarla müəllimlər arasında anlaşılmazlıq olurdu. Ancaq bu gün biz “Tik-Tok” və digər sosial şəbəkələrdə, ali məktəblərdə, kolleclərdə, universitetlərdə tələbələrin dərs zamanı canlı yayımlar açaraq, “Tik-Tok”da olmalarını və müəllimlərə qarşı hörmətsiz davranışlarını görürük. Məncə, cəmiyyət burada müəllimləri dəstəkləməlidir. Bəzən pullu məktəblərdə və ali təhsil müəssisələrində təhsil alan gənclər valideynlərinin əziyyətini heçə sayırlar, dərsə diqqət etmək əvəzinə “Tik-Tok”da boş-boş oyunlarla məşğul olurlar. Bunun qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi bütün universitetlərdə, məktəblərdə, özəl təhsil müəssisələrində dərs vaxtı telefonların istifadəsini qadağan etməlidir”.

Tamada şairə Nazilə Səfərli Tarix Əliyevin paylaşımına bu cür reaksiya verib:

“Belə təhsil olmaz. Müəllim can qoyur. Utanmırsız? Valideynlərin əməyinin itirmək olmaz. Həya hər sahədə insanın yolçusu olmalıdır”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR