İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü

Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev UNEC-in gənc tədqiqatçıları ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti, gənclərin elmə gəlməsində elmin populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə tutulan işlər, eləcə də mərkəzin yaradılacaq saytı barədə maraqlı təqdimatla çıxış edib.

Görüşdə elmin populyarlaşdırılması ilə bağlı suallar da cavablandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR