İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülviyənin həyat yoldaşı faciəvi şəkildə ölüb - Hadisədən 15 dəqiqə qabaq zəng etdi...

"Birinci həyat yoldaşım 2007-ci ildə avtoqəzada rəhmətə gedib. Mən hamilə idim, övladım o zaman 8 aylıq ana bətnində idi. O, övladının üzünü görmədi".

Musavat.com titul.az-a istinadən xəbər verir ki, müğənni Ülviyə Namazova qonağı olduğu "Rəngarəng səhər" verlişində deyib.

Xanım ifaçı ilk həyat yoldaşının faciəvi ölümündən danışarkəm gözyaşlarını saxlaya bilməyib:"O hadisədən sonra 3 il oxumadım. Hadisə gecə saatlarında baş verdi. Ölümündən 15-20 dəqiqə öncə mənə zəng vurdu. Küsülüydük həmin günü, biraz inciklik olmuşdu. Mənə "həyatımın keyfi" dedi. Mən də biraz acıladım. Ona görə özümü bağışlaya bilmirəm. Kaş ki, onunla o vaxt danışardım. O mənimlə küsülü dünyasını dəyişdi".

Qeyd edək ki, müğənni ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən də bir övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR