İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya silah yardımı hər bir halda davam edəcək - Rütte

Ukrayna ilə bağlı danışıqlarda ərazilərə Rusiya tərəfindən faktiki nəzarəti tanımaq, lakin bunu hüquqi baxımdan konsolidasiya etməmək lazımdır.

Musavat.com xəbər verir ki, NATO Baş katibi Mark Rütte bu fikirdədir.

O, ABC News telekanalına müsahibəsində bildirib ki, iki mühüm məsələ müzakirəyə çıxarılmalıdır: “Onlardan biri əraziyə aiddir və biz etiraf etməliyik ki, Rusiya hazırda Ukrayna ərazisinin bir hissəsinə nəzarət edir. Sual atəşkəsdən sonra necə irəliləmək olacaq. O cümlədən Ukrayna üçün təhlükəsizlik təminatları baxımından bunun nə demək olduğu digər mühüm məsələdir". Eyni zamanda, Baş katib əlavə edib ki, Ukrayna ərazilərinin itirilməsini hüquqi cəhətdən tanımamalıdır: "Və bu ərazi məsələsinə gəldikdə, tanınma məsələsinə gəldikdə, icazə verin, bura bir mühüm cəhəti əlavə edim. Məsələn, Rusiyanın faktiki olaraq Ukrayna ərazisinin bir hissəsinə nəzarət etməsi ilə bağlı gələcək sazişin müddəalarına gəlincə, bu, hüquqi baxımdan siyasi tanınma yox, reallığın  tanınması olmalıdır”.

Ruttenin sözlərinə görə, avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitinin nəticəsindən asılı olmayaraq, Avropa ölkələri hesabına Ukraynaya Amerika silahlarının tədarükü davam edəcək: “Bu, davam edəcək. Bizim artıq Hollandiya, daha sonra isə Skandinaviyalılar öz üzərinə öhdəlik götürdüyü ilk iki paketimiz var. Yaxın günlərdə və həftələrdə əlavə açıqlamalar gözləyirəm. Və bu son dərəcə vacibdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR