İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya F-16 lar veriləcək, Rusiya nüvə müharibəsi ilə təhdid etdi

Məlum olduğu kimi, NATO tərəfindən Ukraynaya  F-16 qırıcı təyyarələrinin verilməsi ilə bağlı qərar verib. Bu barədə Niderlandda səfərdə ikən Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib. O deyib ki, Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd "F-16" qırıcısı alacaq: "Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik Pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə alınacaq. Bu hələ başlanğıcdır". Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra F-16 qırıcı təyyarələri təhvil veriləcək.

Putinin təmsilçilərindən biri Vladimir Solovyov bununla bağlı kəskin reaksiya verib. Aparıcı müəllif proqramında açıq şəkildə bildirib ki, əgər F-16-lar verilərsə, Ukrayna taktiki atom silahı ilə vurulmalıdır. Verilişin qonaqları opponentlik etmək istəsələr də, Solovyov səsini qaldıraraq onlara fikir bildirməyə imkan verməyib. O bildirib ki, Hollandiyadakı F-16-ların təyinatı əslində nüvə başlığı daşımağa uyğunlaşdırılıb. Bu o deməkdir ki, NATO müharibəni bəhanə edərək  özünün nüvə başlığı daşıyan F -16-larını Rusiyanın sərhəddinə -Ukraynaya yerləşdirir, mümkün nüvə toqquşmasında onlar da bu qırıcı təyyarələr vasitəsilə taktiki yaxud strateji nüvə bombası atmağı planlayırlar. Solovyovun fikrindəki və iddialarındakı məntiq ondan ibarətdir ki, NATO-nu qabaqlamaq lazımdır, təyyarələr Ukrayna meydanlarına, hava limanlarına enən kimi nüvə bombası atmaq lazımdır.

Məlum olduğu kimi, Solovyov əslində Kremlin sözçüsüdür. Bu dəfələrlə sübut olunub. Onun efirdə söylədikləri sonra Rusiyanın rəsmi siyasətini təmsil edən şəxslər tərəfindən təkrarlanıb. Buradan belə bir nəticə çıxarmaq olar ki, Solovyovun açıqlamasının arxasında Rusiya, Putin dayanır. O zaman belə çıxır ki, dünya nüvə müharibəsinin astanasına çıxa bilər.

İlham İsmayılın oğlu saxlanıldı
 
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında xatırlatdı ki, Rusiya müharibənin 3-cü günündən bütün dünyanı atom bombası ilə hədələyirdi. Ekspert Rusiya siyasilərinin atom bombasını hər zaman hədə vasitəsi kimi istifadə etdiyini vurğuladı: “Xatırlayırsınızsa, rusiyalı deputat Bakını da bomba ilə hədələmişdi. Onlar buna çox sadə məsələ kimi baxırlar. Solovyov Putindən də aqressivdir.  F-16-lar nüvə başlıqlı ola da bilər, olmaya da bilər. 44 günlük Vətən müharibəsində Türkiyə də Azərbaycana F-16-lar göndərmişdi. Bu növ qırıcı təyyarə uzaq məsafəli hədəfləri vura bilir. Buna görə də Danimarka və Hollandiyadan birdən-birə çox sayda qırıcı təyyarənin gəlməsi Rusiyanı narahat edir. Qərb çox yaxşı bilir ki, F-16-ların verilməsi panika yaradacaq. Qərb maksimum işğal edilmiş Ukrayna ərazilərinə çata biləcək  təyyarələri təmin edir. Müharibənin uzadılması Rusiyanı zəiflədir. Bu həm də Rusiyanın perspektivdə irəliləməməsi üçün  çəkindirici faktordur. F-16 qırıcı təyyarələrinin qısa müddətdə təhvil veriləcəyini zənn etmirəm, o zamana qədər hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.   
 
Ruslan öldü, yaşasın Alp Arslan - Adını özü qoyan insan

Hərbi ekspert Alp Arslan İmamqulu Musavat.com-a bildirdi ki, müharibə müddətində Ukraynaya bir çox strateji silah, o cümlədən F-16 qırıcı təyyarələri verilə bilərdi:  “Çox güman ki, gecikmə Rusiya ilə bağlı bəzi risklərin nəzərə alınmasıdır. Rusiya siyasi iradəsi zaman-zaman bir çox təhdidləri ortaya qoyub. Bu təhdidlərin gerçəkləşib-gerçəkləşməyəcəyini Qərb öz üzərində sınamaq istəməz. Bundan sonra Ukraynaya həqiqətən F-16 qırıcı təyyarələrinin verilib-verilməyəcəyini zaman göstərəcək”.  
 
Son məlumata görə, Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen deyib ki, Ukrayna Danimarka və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini yalnız öz ərazisində istifadə edə bilər. O bildirib ki, bu texnika Ukraynaya yalnız düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün verilir.
 
 
Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR