İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın NÜVƏ ARSENALI: 90-cı illərə aid ŞOK KADIRLAR - VİDEO

1991-ci ildə Ukrayna Sovet İttifaqının dağılmasından sonra dünyada üçüncü ən böyük nüvə silahı arsenalını miras almışdı.

Musavat.com xəbər verir ki, bu arsenalda 1900 strateji və 4200-ə qədər taktiki raket başlığı vardı.

O dövrdə Ukrayna dünyanın ən güclü nüvə güclərindən biri sayılırdı və bu, ölkənin təhlükəsizlik baxımından mühüm strateji mövqeyini təmin edirdi.

Lakin 1994-cü ildə Ukrayna Budapeşt Memorandumu imzaladı və 1996-cı ilə qədər bu silahların hamısı Rusiyaya verildi. Ukrayna nüvə silahlarını təslim edərək, nüvə silahı olmayan bir dövlət statusu qazandı. Bu qərar, həm regional, həm də qlobal təhlükəsizlik baxımından mühüm bir dönüş nöqtəsi oldu və Ukraynanın gələcək təhlükəsizlik siyasətinə uzun müddətli təsirlər göstərdi.

Bu günlərdə Ukrayna nüvə qalxanının 1994-cü il Budapeşt Memorandumu çərçivəsində təhvil verilməzdən əvvəl necə göründüyünü göstərən görüntülər internetdə yayılıb. Sosial şəbəkədə yayılan kadrlarda ölkənin keçmiş nüvə gücü müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR