İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada kritik görüş - dünyanın gözü Ərdoğanda

Kreml Putinlə Zelenskinin görüşü üçün şərtləri yumşaldıb; Elxan Şahinoğlu: “Ərdoğan və Quterreş ağır işə girişiblər”

Avqustun 18-də BMT Baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutub. Səfər zamanı Ukrayna dövlət rəhbəri Volodimir Zelenski BMT Baş katibi ilə görüşərək taxıl dəhlizi və Zaporojye Atom Elektrik Stansiyasında yaranmış vəziyyəti müzakirə ediblər.

Zelenskinin görüşlə bağlı açıqlamasında qeyd olunur ki, o, baş katibdən Rusiya hərbçilərinin AES ərazisindən çıxarılması və stansiyanın Ukraynanın nəzarətinə qaytarılması üçün səylərini əsirgəməməyi xahiş edib: “Aqressorun düşünülmüş qlobal terroru ağır qlobal fəlakətə gətirib çıxara bilər”.

Türkiyə prezidenti Lvova Polşa üzərindən gedib. O, əvvəlcə təyyarə ilə Polşaya, oradan avtomobillə Lvova gedib. BMT Baş katibi Ərdoğandan bir qədər əvvəl Lvova çatıb. Türkiyə prezidentini səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kırışçı, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və Baykar CEO-su Haluk Bayraktar müşayiət edib.

İlk öncə Türkiyə və Ukrayna prezidentlərinin təkbətək görüşü, ardınca isə BMT Baş katibinin iştirakı ilə üçlü müzakirələr keçirilib. Əvvəlcədən müzakirələrin 3 əsas mövzusu açıqlanmışdı: Ukrayna taxılını dünya bazarına daşıyan dəhlizin fəaliyyəti; Rusiya ilə Ukrayna arasında sülh danışıqları, iki ölkə prezidentlərinin birbaşa danışıqlarının təşkili; Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında yaranmış kritik vəziyyətin aradan qaldırılması yolları.

Cumhurbaşkanı Erdoğan, Ukrayna Devlet Başkanı Zelenskiy ile bir araya geldi

Türkiyə prezidentinin mətbuat katibliyinin açıqlamasına görə, Zelenski-Ərdoğan görüşündə iki ölkə arasında strateji əməkdaşlıq əlaqələrinin inkişaf yolları da müzakirə olunub. İki ölkənin müdafiə nazirləri də görüşərək hərbi əməkdaşlıq, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

CNN Türk agentliyi görüşlər öncəsi Türkiyə prezidentinin ukraynalı həmkarına Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş təklif edəcəyinə dair məlumat yayıb. Agentliyin Türkiyə hökumətindəki mənbələrə istinadən bildirdiyinə görə, Rusiya tərəfi prezidentlərin görüşünə dair tələblərini yumşaldıb. Belə ki, Rusiya Putinlə Zelenskinin yalnız sülh danışıqları üçün ilkin “yol xəritəsi” hazırlandıqdan sonra görüşə biləcəklərini bəyan etmişdi. CNN-Türkün məlumatına əsasən, indi rəsmi Moskva “yol xəritəsi”nin prezidentlərin görüşündə müzakirə olunduqdan sonra icra üçün iki tərəfin nümayəndələrinə təqdim olunmasını məqbul hesab edir.

Qeyd edək ki, ABŞ və Avropanın bir neçə dövləti avqustun 24-də BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın TASS agentliyinin yaydığı məlumata görə, iclasda Zaporojye AES-dəki vəziyyət, BMT Baş katibinin Ukraynaya səfərinin nəticələri və digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Rusiya son günlər Zaporojye AES-də təxribatlara yol verməkdədir: müntəzəm olaraq Ukraynanın AES-i atəşə tutduğuna dair məlumat yayır. Rusiya Müdafiə Nazirliyi dünən açıqlama yayaraq AES-dəki nüvə reaktorlarından 1-nin içindəki radioaktiv maddələrin 25 faizinin kənara axması nəticəsində Pribaltika və Skandinaviya yarımadasının tamamilə radioaktiv zərbəyə məruz qalacağını bəyan edib. Nazirliyin yaydığı xəritədən görünür ki, radioaktiv zərbə Polşa, Almaniya, Slovakiya, Rumıniya və Moldova ərazisinə də çatacaq.

Avqustun 18-də Rusiya tərəfi məlumat yayıb ki, sentyabrın əvvəlinədək guya təhlükəsizlik baxımından stansiyanın fəaliyyətini tamamilə dayandırmaq lazım gələcək. Bu isə stansiyadan Ukrayna ərazisinə elektrik enerjisinin ötürülməsinin tam dayanması demək olacaq. Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Hazırda Ukraynadakı AES-lərdə 6-sı zaporojye AES-də olmaqla, 15 enerji bloku fəaliyyətdədir. Onların Ukraynanın ümumi enerji qoyuluşu gücündəki payı 26,3 faiz təşkil edir. Rusiya son illərdə Ukraynanın AES-lərdə ABŞ-ın “Westinghouse Electric” şirkətinin istehsalı olan yanacaqdan istifadə etməyə başlamasından ciddi narahatlıq keçirib. Məlumdur ki, sovet dövründə qurulan Ukrayna AES-ləri Rusiya yanacağı ilə işləyirdi. Son illərdə Ukrayna bu asılılıqdan qurtarmaq üçün başqa yanacaq istehsalçıları ilə əlaqələr quraraq, mövcud reaktorları onların məhsullarına uyğunlaşdırmaq prosesinə start verib. 2017-ci ildə Ukrayna hökuməti ölkə AES-lərinin eyni mənbədən yanacaq alışının 2020-ci ildə 70 faizə, 2025-ci ildə isə 60 faizə endirilməsinə dair qərar qəbul edib. “Westinghouse Electric” şirkəti ilə bağlanmış müqavilələr əsasında Ukrayna AES-lərində olan 15 enerji blokundan 7-si artıq bu şirkətin yanacağı ilə işləyir. Bu bloklardan 4-ü Zaporoje AES-də, 2-si Cənubi Ukrayna AES-də, 1-i isə Rivnensk AES-dədir. 2019-cu ildə Ukrayna Rusiyanın “Rosatom” şirkətindən 240,9 milyon dollarlıq, “Westinghouse Electric” şirkətindən isə 155,98 milyon dollarlıq nüvə yanacağı alıb. Beləliklə, Ukrayna AES-lərinin yanacaq təchizatında Rusiya şirkətinin payı 60,7 faiz,  ABŞ şirkətinin payı isə 39,3 faiz təşkil edib. Bu isə Ukraynanın Rusiyanın nüvə yanacağı asılılığından sürətlə çıxması deməkdir. Ukraynanın bu siyasəti Şərqi Avropa ölkələrinin də Rusiyanın atom yanacağından imtinasını sürətləndirir.

Ukrayna tərəfinin yaydığı məlumata görə, mart ayından AES-i ələ keçirən Rusiya reaktorların yenidən öz yanacağına keçirilməsi imkanlarını araşdırıb və bunun mümkün olmadığını müəyyən edib. Bu səbəbdən stansiyada ABŞ yanacağı ilə işləyən reaktorların dayandırılmasına bəhanə axtarır. Eyni zamanda AES-də məhz ABŞ yanacağına keçirilən reaktorlarda kiçik qəza yaratmaqla, qonşu ölkələrə, xüsusilə də Ukraynanı aktiv dəstəkləyən Pribaltika, Skandinaviya ölkələri və Polşaya zərər vurmaq planı da qurur. Rusiya Müdafiə Nazirliyinin Kiyevin BMT Baş katibi ölkədə olduğu vaxtda - avqustun 19-da AES-də böyük təxribat hazırlamasına dair açıqlaması da bu planın tərkib hissəsi kimi qiymətləndirilir.

Rusiyanın daha bir məqsədi Zaporojye AES-i Ukrayna elektrik şəbəkəsindən tam ayırmaq, yalnız öz yanacağı ilə işləyən bloklarda istehsalı davam etdirmək və onları Krımın enerji şəbəkəsi ilə əlaqələndirməkdir. Bu, payız və qış ərəfəsində Ukraynada enerji böhranı yaratmağa da imkan verəcək.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş ağır işə girişiblər: “Hər ikisi Rusiya-Ukrayna savaşını dayandırmağa çalışır və bu məqsədlə Ukraynaya gediblər. Ərdoğan və Quterreş Rusiya ilə Ukrayna arasında taxıl anlaşmasını təmin etdilər, bu uğurlarını davam etdirmək istəyirlər. Ancaq işğalçı savaşı dayandırmaq üçün Rusiyanı və Ukraynanı razı salacaq təkliflər hazırlamaq çətindir. Buna baxmayaraq, Ərdoğan-Quterreş ikilisi qətiyyətlidir, müsbət nəticə hər ikisi üçün vacibdir. Ərdoğan gələnilki prezident seçkisi öncəsində reytinqini yüksəltmək, Quterreş isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır”.

Ukraynalı politoloq, siyasi şərhçisi İqar Tışkeviçin fikrincə, Rusiya taxıl dəhlizi kimi minimal kompromisləri davam etdirməklə sanksiyaların rəsmi ləğvi olmasa da, onların bir sıra istiqamətlərdə yumşaldılmasına nail olmağa çalışır: “Kreml limanların mühasirəsini qaldırmağını şişirtməklə kiçik kompromislərlə bağlı danışıqlara hazır olduğunu nümayiş etdirir. Taxıl dəhlizindən sonra ABŞ Rusiya gübrələrinə sanksiyaları aradan qaldırıb, Avropa Birliyi təyyarələrə xidmət üçün malların çatdırılması istiqamətində sanksiyaları yumşaldıb. Putin çalışır ki, döyüş meydanında hər hansı güzəştə getmədən belə kiçik yumşalmalarla öz vəziyyətini yaxşılaşdırsın və böyük danışıqlar üçün əlində imkanlar genişlənsin.

 

Quterreş üçün də belə variant əlverişlidir: BMT zəmanəti altında sazişlər bağlanır. Lakin əlbəttə, reallıqda Rusiya BMT-nin zəmanətini vecinə belə almır: “Azovstal”la bağlı olduğu kimi, özünə sərf etməyəndə bütün verdiyi vədlərdən rahatlıqla geri çəkilir".

İ.Tışkeviçə görə, Türkiyə prezidenti də Ukrayna ilə Rusiya arasındakı vasitəçilikdə ilk növbədə öz ölkəsinin maraqlarını güdür: “Kiçik güzəştlər taktikası bu ölkənin də işinə yarayır, bir şərtlə ki, vasitəçi və zamin Türkiyə olsun. Bu ölkənin rolu getdikcə artır. O cümlədən Rusiyaya bağlı konfliktli mövzularda - Suriya, Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz hövzəsi, regiona təsir və sair.

Zelenskiy: Cumhurbaşkanı Erdoğan'a minnettarım - Kulis Kıbrıs

Düşünmürəm ki, indiki şərtlər daxilində yaxın 1 ay ərzində böyük razılaşma - atəşin dayandırılması ilə bağlı Rusiya-Ukrayna arasında birbaşa danışıqların başlanması mümkün olsun. Bu, 2-3 ay ərzində reallaşa bilər. Yalnız Rusiyanın döyüş meydanında ciddi şapalaq yeməsi yaxın 1 ayda hansısa ciddi danışıqların başlanmasına gətirib çıxara bilər. Çünki indiki şərtlər daxilində atəşkəs razılaşması Ukrayna daxilində siyasi böhrana, Qərbin ölkəmizə hərbi dəstəyinin azalmasına, Rusiyanın döyüş qabiliyyətini bərpa etmək üçün vaxt qazanmasına gətirib çıxarar. Belə atəşkəs Rusiyaya istədiyini vermədiyinə görə o döyüş meydanında potensialını bərpa edən kimi yenidən hücumları bərpa edəcək. Onda Qərbdən hərbi dəstəyi azalmış olan Ukrayna daha ağır itkilərə məruz qala bilər. Bu baxımdan, Kremlin real danışıqlar masasına oturtmaq üçün döyüş meydanında ən azı 1-2 istiqamətdə məğlubiyyətə uğradılması lazımdır".

Avqustun 19-da A.Quterreş Odessanın taxıl daşınmasında iştirak edən limanlarından birinə baş çəkəcək. BMT Baş katibi Odessadan sonra İstanbula gedərək, taxıl dəhlizinin fəaliyyətini əlaqələndirən mərkəzin işi ilə tanış olacaq. Məlumat üçün bildirək ki, Türkiyənin birbaşa vasitəçiliyi ilə işə başlayan taxıl dəhlizi ilə 1-15 aralığında 36 gəminin hərəkəti təmin edilib. Gəmilərlə Ukraynadan 563 min 317 ton qida məhsulları daşınıb. Bu məhsulların 26 faizi Türkiyəyə, 22 faizi İrana, 22 faizi Cənubi Koreyaya, 8 faizi Çinə və sair çatdırılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR