Onlayn ictimai-siyasi qəzet
Musavat.com ilk instansiyalara istinadla xəbər verir ki, Cənubi Koreya Ukraynaya 100 milyon dollar məbləğində maliyyə yardımı edib. Ukraynanın Baş naziri Denis Şmıqal bu dəstəyin Koreya tərəfindən ölkənin sosial sektoruna yönəlmiş ilk büdcə yardımı olduğunu bildirib.
Bu il Cənubi Koreya və Ukrayna hökumətləri arasında imzalanan razılaşmaya əsasən, ümumi məbləği 2,1 milyard dollara qədər olan dəstəyin təmin edilməsi nəzərdə tutulub. Bu maliyyə yardımı Ukraynanın sosial infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.
Lakin diqqətçəkən məqam budur ki, Ukraynada dolayısıyla İki Koreya arasında da rəqabət yaşanır. Şimali Koreya Rusiyaya hərbi və siyasi dəstək göstərərək, onun mövqelərini gücləndirməyə çalışır. Cənubi Koreya isə tam əks mövqe tutaraq, Ukraynaya iqtisadi və humanitar yardımla dəstək verir.
Ekspertlərə görə, Koreya yarımadasının iki düşmən qütbü öz mübarizələrini qlobal səhnəyə daşıyıb. Bu rəqabət Ukrayna böhranında yeni bir geosiyasi təbəqə yaradır və regionun gələcək nizamına təsir edə bilər.
Cənubi Koreyanın bu dəstəyi Ukraynada sosial sabitliyi təmin etmək məqsədi daşısa da, qlobal miqyasda daha böyük strateji rəqabətin tərkib hissəsi kimi görünür.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ