Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin 18 yaşlı gənclərin səfərbərliyə cəlb olunması barədə yayılan iddiaları təkzib edib.
Litvin bu açıqlamanı sosial şəbəkələrdə səfərbərlik yaşının azaldılacağı ilə bağlı yayılan məlumatlara cavab olaraq verib. Qeyd olunub ki, daha əvvəl Qərb KİV-ləri ABŞ-ın Kiyevdən səfərbərlik yaşını 18-ə endirməyi tələb etdiyi barədə məlumat yayıb.
Hətta bu məsələ ABŞ-ın seçilmiş prezidenti Donald Trampa yaxın olan milyarder İlon Mask tərəfindən də tənqid olunmuşdu. Litvin isə bu iddiaları qətiyyətlə rədd edərək hər hansı belə bir planın olmadığını vurğulayıb.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ