Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiga Rusiyanın iqtisadiyyatında yaranan çətinliklərlə bağlı fikir bildirib.
O, Rusiyanın iqtisadiyyatında müşahidə olunan “turbulentliklərin” daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“Biz də Rusiyanın iqtisadiyyatında müəyyən turbulentliklərin təzahürlərini görürük, baxmayaraq ki, Rusiya iqtisadiyyatının bu çətinliklərin öhdəsindən gəldiyi barədə iddialı qənaətlər var . Amma belə deyil. Avropa və Amerika tərəfdaşlarımızla birgə Rusiyanın müharibə və aqressiya üçün ödədiyi qiyməti artırmaq, bu iqtisadi çətinlikləri davamlı tendensiyalara çevirmək üçün birlikdə işləməyimiz çox vacibdir. Nəticədə Rusiya daha çox iqtisadi dağıntılarla üzləşməlidir,” – deyə Sibiga Niderland xarici işlər naziri Kaspar Veldkamp ilə keçirdiyi brifinqdə bildirib.
Məlumat Ukrinform agentliyi tərəfindən yayımlanıb.
Musavat.com
17 Yanvar 2025
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ