İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna şovinistlərə gözdağı vermək istəyir? - Politoloq detalları açdı

“Rusiyanın rəsmi strukturları Aleksandr Duqinin qızının avtomobilinin partladılmasını terror hadisəsi kimi qiymətləndirsələr də, hələ ki, Ukraynanın adını çəkmirlər. Buna baxmayaraq, ayrı-ayrı rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar”.
 
Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
a90e4818-9a32-3f11-93bc-e8662f8dac73_850.jpg (68 KB)
 
Politoloqun sözlərinə görə, bir neçə ay əvvəl də belə xəbər yaymışdılar ki, Ukrayna kəşfiyyatı guya rusiyalı jurnalist və aparıcı Vladimir Solovyova qarşı sui-qəsd planı hazırlayıb, Rusiyanın güc strukturları son anda bunun qarşısını alıblar:
 
“Əlbəttə, ukraynalıların bəlli səbəblərdən şovinist Solovyovdan zəhlələri gedir, ancaq jurnalisti öldürmək təşəbbüsü ağır ittihamdır. Ukraynalıların bəlli səbəblərdən Duqindən də xoşları gəlmir. Ona görə bu qətl belə qələmə veriləcək ki, Ukrayna kəşfiyyatı Rusiyada müharibə və işğal tərəfdarı olan şovinistlərə gözdağı vermək istəyir. Belə baxanda Rusiyanın da Ukraynada, o cümlədən Kiyev və Xarkovdakı killer qruplarının müharibədən əvvəl və müharibə gedişatında törətdikləri qətllər az deyil, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşlarının maşınları partladılırdı. Müharibə daha aqressiv forma almağa başlayıb”.
 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR