İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna səmasında müəmmalı obyekt - Sakinlər təşvişə düşdü

Mayın 2-dən 3-nə keçən gecə ortaya çıxan oval formalı parlaq müəmmalı obyekt Ukrayna sakinlərini təşvişə salıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər sirli obyektin foto və videolarını çəkərək kütləvi şəkildə sosial şəbəkələrdə paylaşıblar. 

Qeyd olunub ki, naməlum obyekt Kiyev, Odessa, Dnepr və Ukraynanın qərb vilayətlərinin sakinlərinin diqqətini çəkib.

Bəzi istifadəçilər səmadakı bu parlaq ovalın 2024-cü ildə Yer kürəsini bürümüş ən güclü maqnit qasırğalarından biri səbəbindən meydana gəldiyinə inanırlar.

Digər versiya isə “Falcon 9” kosmik raketinin buraxılması ilə bağlıdır. Bəzi sosial şəbəkə istifadəçiləri işıq saçan sferanın raket pillələrindən birinin izi olduğunu düşünürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR