Onlayn ictimai-siyasi qəzet
İspaniyada Ukrayna səfirliyinə partlayıcı maddə göndərən təqaüdçü 18 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, İspaniya Ali Məhkəməsi 74 yaşlı kişini 2022-ci ilin sonunda Ukrayna səfirliyinə və ölkədəki digər qurumlara içərisində partlayıcı maddə olan 6 bağlama göndərdiyinə görə cəzalandırmaq qərarına gəlib.
Ukrayna səfirliyindən əlavə, partlayıcı maddələr olan zərfləri Ukrayna üçün silah istehsal edən bir silah şirkəti, İspaniya baş nazirinin ofisi, Müdafiə Nazirliyi, Torrejon de Ardoz aviabazası və ABŞ-ın İspaniyadakı səfirliyi də qəbul edib.
Bağlamaların əksəriyyəti zərərsizləşdirilib, lakin Ukrayna səfirliyinin əməkdaşlarından biri Nikolay Veliçko yüngül xəsarətlər alıb.
Məhkəmə qeyd edib ki, Paskual İspaniya və ABŞ hökumətlərinə Rusiya ilə münaqişədə Ukraynaya dəstəyini dayandırmaq üçün təzyiq göstərməyə çalışıb.
Məhkəmə Paskualı terrorizmə görə 10 il, partlayıcı maddə istehsalına görə isə 8 il həbs cəzasına məhkum edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ