İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Rusiya sülh danışıqlarının mümkün məkanı -BAKI! Putinin səfərinin ortaya çıxartdığı mühüm məqamlar  

 

Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi.

Musavat.com xəbər verir ki, ötən gün rəsmi görüş və açıqlama olmadı. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə səmimi bir ortamda şam etdilər. Bu prosesin görüntülərini Kreml dünyaya yaydı.



Təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını göstərən bir mesaj idi.
Səfərlə bağlı açıqlamada qeyd olunub ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Burada gözlənilən danışıq və razılaşdırılan məsələlərdən biri də Ukrayna ilə bağlı ola bilər.

65a75da1-4fc6-3b5f-95fd-6e015084 (1).jpg (90 KB)

Azərbaycan regionda hər zaman sülhün tərəfində olub. Ona görə də bütün qonşuları ilə sıx münasibətlər saxlayır, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Eləcə də Rəsmi Bakı həmişə bölgədə barışdırıcı mövqedə olub.

Təbii ki, Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları var. İllərdir ki, Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələri mövcuddur.

Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq edir. Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan hərbi-siyasi platformalara qoşulmur.



Eyni zamanda Qərbin və digər dövlətlərin oyunlarının da bir parçası olmur. Azərbaycan Prezidenti İlham Əliyev hansı addımı nə zaman atacağını çox gözəl bilir. Onun apardığı dəqiq siyasət nəticəsində biz üzərində böyük oyunlar qurulan Qarabağ problemini həll etdik. Ölkə başçısının siyasəti nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Bu gün dünyada əsas müzakirə olunan məsələlərdən biri də Ukrayna-Rusiya müharibəsidir. Bu müharibənin bitməsini hər kəs arzulayır. İndiki görüş bu məsələdə həlledici rol oynaya bilər.

Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər.

İlham Əliyev Vladimir Putini belə qarşıladı - ANBAAN VİDEO

Azərbaycan dünyada dialoq məkanı kimi tanınır. İndiyə qədər ölkəmizdə onlarla böyük tədbirlər keçirilib ki, burada da saysız-hesabsız dövlət liderləri iştirak edib, müxtəlif məsələlərdə müzakirələr aparıb, razılıq əldə ediblər.

İndi də ekspertlər hesab edirlər ki, Bakı Ukrayna-Rusiya müharibəsində dialoq məkanına çevrilə bilər. Bunu mövcud siyasi vəziyyət də diqtə edir.

Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər. Beləliklə, ehtimal var ki, yaxın zamanlarda Bakı Rusiya-Ukrayna sülh danışıqlarını yeni məkanına çevrilsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR