Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hərbi Dəniz Qüvvələri Krımda Rusiyanın Qara Dəniz Donanmasının “Kommuna” gəmisini vurmağa nail olub.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb:
"Zərərin həcmi yoxlanılır, lakin gəmi indi öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil".
Qeyd edək ki, bu gün Sevastopolda səhər saatlarında hava hücumu xəbərdarlığı elan edilib. Partlayışlarla bağlı internetdə məlumat yayılıb. Daha sonra Rusiya gəmilərindən birinə mümkün hücum barədə məlumat ortaya çıxıb.
Hadisədən saatlar sonra Sevastopol qubernatoru Mixail Razvozhayev bildirib ki, Rusiya hərbi gəmilərindən biri şəhərin şimal tərəfinə raket hücumunu dəf edib. Onun sözlərinə görə, aprelin 21-i bazar günü səhər hərbi gəmi gəmi əleyhinə raket zərbəsini dəf edib. Düşən mərmi parçaları gəmidə kiçik yanğına səbəb olub və dərhal söndürülüb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ