Onlayn ictimai-siyasi qəzet
Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov Berlində almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukrayna kəşfiyyat məlumatlarına çıxışın necə məhdudlaşdırılacağı ilə bağlı ABŞ-dən hələ heç bir məlumat almayıb. “Bununla belə, artıq alternativ mənbələr üzərində iş gedir”, - Umerov söyləyib.
“Kəşfiyyat məlumatlarının paylaşılmasının necə məhdudlaşdırılacağı ilə bağlı hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik və ehtiyac yaransa, Almaniyadan da daxil olmaqla, bu məlumatları alacağıq”, - o deyib.
Qeyd edək ki, martın 5-də KİV-də Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı.
07 Mart 2025
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ