İnsanlara hürriyət, millətlərə istiqlal!

"Üç Qardaş” birliyinin gücləndiyi zirvə – Ərdoğan Laçından bunları yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Laçın şəhərində keçirilən Türkiyə–Azərbaycan–Pakistan Üçtərəfli Zirvəsi ilə bağlı sosial media üzərindən önəmli və gələcəyə yönəlik mesajlar paylaşıb.

Musavat.com bildirir ki, Ərdoğan, bu tarixi görüşün üç ölkə arasındakı əməkdaşlığın yeni mərhələyə keçidini təsdiqlədiyini bildirib.

Türkiyə Prezidenti Laçından bunları yazıb:

"İlkini ötən il Astanada keçirdiyimiz Türkiyə–Azərbaycan–Pakistan Üçtərəfli Zirvəsinin ikincisini bu gün Azərbaycanda gerçəkləşdirdik.

Təxminən 350 milyon nəfərlik əhaliyə və 1,5 trilyon dollarlıq iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk.

Əməkdaşlığımızı daha da irəli aparmaq üçün dəyərli qardaşlarımla önəmli məsələlər üzrə fikir mübadiləsi apardıq.

Türkiyə, Azərbaycan və Pakistan olaraq…

Mütəmadi üçtərəfli zirvələr və nazirlər səviyyəsində toplantılar keçirməklə əməkdaşlığımızı institusional hala gətirəcəyik.

Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirəcək, terrorla mübarizə və sərhədləri aşan təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik.

Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahəsində birgə addımlar atmağı hədəfləyəcəyik.

Əməkdaşlığımızın son dərəcə strateji bir aspektini təşkil edən nəqliyyat sahəsində Kalkınma Yolu, Orta Dəhliz və Şimal–Cənub Nəqliyyat Dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik.

Mədəniyyət və təhsil sahəsində, xüsusilə gənclərimiz və akademiklərimizin qarşılıqlı təsirini artıracaq layihələr üzərində işləyəcəyik.

Enerji təhlükəsizliyi, ərzaq təminatı təhlükəsizliyi və bərpa olunan enerji sahəsindəki imkanları birgə dəyərləndirəcəyik.

İnşallah, bütün bu sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da irəli daşıyacaq, xalqlarımıza yeni nailiyyətlər qazandıracağıq".

Musavat.com-a görə, Laçın Zirvəsindəki bu açıqlama təkcə üç ölkənin strateji iradəsini deyil, həm də regional və qlobal siyasətdə yeni bir güc mərkəzinin formalaşmaqda olduğunu göstərir. Ərdoğanın sözləri regionun gələcəyində “Üç Qardaş” formatının həlledici rol oynayacağına işarədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR