İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə çatası 2 milyard dollar ABŞ-da donduruldu

Rusiyanın Türkiyədə inşa olunan "Akkuyu" Atom Elektrik Stansiyası üçün nəzərdə tutulan 2 milyard dolları ABŞ-da "JPMorgan" bankında bloklanıb.

Musavat.com "Wall Street Journal"a istinadən xəbər verir ki, "Qazprombank"a qarşı tətbiq olunan sanksiyalar nəticəsində dondurulan vəsait Rusiyanın AES tikintisi üçün Türkiyəyə ayırdığı 9 milyard dollarlıq kreditin bir hissəsidir.

Digər Rusiya bankları daha əvvəl sanksiya siyahısına salındığı üçün vəsaitin ötürülməsi "Qazprombank" vasitəsilə həyata keçirilirdi.

WSJ-nin yazdığına görə, pullar "Ziraat Bank"da hesabı olan Rusiya şirkətlərinin hesablarına köçürülməli idi.

Amerika mənbələrinin məlumatına görə, 2022-ci ilin yayında "Qazprombank" Citi vasitəsilə AES-in "Ziraat Bank"dakı hesablarına 3 milyard dollar köçürüb. Eyni zamanda "JPMorgan" vasitəsilə 2 milyard dollardan bir qədər çox transfer həyata keçirilib.

Bununla belə, "JPMorgan" vasitəsilə sonradan 2 milyard dollarlıq köçürmə ABŞ Ədliyyə Nazirliyi tərəfindən bloklanıb.

Qeyd edək ki, Almaniyanın "Siemens" şirkəti sanksiyalara görə "Akkuyu" AES üçün sifariş olunan avadanlıqları tədarük edə bilmir. Ötən ilin payızında məlum oldu ki, Rusiya və Türkiyə həmin avadanlıqları Çindən tədarük etməklə bağlı razılığa gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR