İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin aldığı "S-400"lər keyfiyyətsiz imiş? - rus silahının imicinə zərbə

Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Musienko deyib ki, Krımda son baş verənlər, vurulan zərbələr Rusiyanın imicinə zərbə vurub.

“Baş verən hadisələr Krımın güclü mühafizə olunması və məğlub olmayan aviasiya ilə bağlı Rusiyanın yaratdığı mifləri ifşa etdi. Rusiyanın Hindistan və Türkiyəyə reklam edərək satmağa çalışdığı "S-400" hava hücumundan müdafiə sistemlərinin imicinə zərbə dəydi. Aerodroma endirilən zərbə nəticəsində Rusiyanın Qara dəniz Donanmasının dəniz aviasiyası - hücum və bombardmançı təyyarələri artıq məhv edilib. Bütün bu hücumlar Krım yarımadasının azad edilməsi üçün ilkin şərtlərdir. Əvvəlcə Ukrayna qüvvələri yaxın arxa cəbhəni darmadağın etdi. İndi isə növbə uzaq arxa cəbhənindir”, - deyə ekspert qeyd edib.

Belədirsə, o zaman Türkiyənin "S-400" sistemlərinə münasibəti dəyişə bilərmi? Qardaş ölkə Rusiya ilə hərbi əməkdaşlıq məsələsinə korrektələr edəcəkmi?

Qeyd edək ki, Rusiya hətta bu sistemlərin Türkiyə ərazisində birgə istehsalı ilə bağlı da neçə vaxtdır danışıqlar aparır.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Ukrayna ordusunun 2014-cü ildə Rusiyaya ilhaq olunan Krım ərazisindəki rus hərbi birləşmələrinin mövqelərinə raket zərbələri endirməsi müəyyən suallar meydana çıxarıb: “Suallardan biri Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yarıtmazlığı ilə bağlıdır. Qərb mediası iddia edir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri, yəni zenit-raket kompleksləri effektsiz olduğuna görə Ukrayna ordusunun raket zərbələrinin qarşısını ala bilmir.

Təbii ki, məlumatsız şəxslər bunu təsdiqləyə bilər. Əslində isə vəziyyət fərqlidir. Məsələn, biz Vətən müharibəsində qələbə qazandıq. Ordumuzun silah-texnika parkı Ermənistandan güclüdür. Ölkənin hava məkanı da yüksək səviyyədə qorunur. Nəinki Rusiyadan, hətta İsraildən ən müasir ZRK-lar satın alınıb. Belə olan təqdirdə cəbhəyə yaxın şəhərlərimizə düşən raketlərin qarşısı niyə alınmadı? Çünki ZRK-lar əsasən taktiki raket komplekslərinin və döyüş təyyarələrinin qarşısını almağa hesablanıb. Bu raketlər Reaktiv Yaylım Atəş Sistemlərindən (RYAS) dağınıq şəkildə atılır və taktik (yer-yer) tipli deyil. Məsələn, “Smerç”, TOS-1A, BM-21 RYAS-lar. Bu baxımdan hesab edirəm ki, RYAS-lardan atılan raketlərin "S-400" ZRK-sı ilə aşkar olunaraq məhv edilməsinin mümkünlüyü və ya bu sistemin yararsızlığı haqda deyilənlər həqiqətə uyğun deyil".

Türkiyə Rusiyanın "S-400" sistemlərinin 2-ci partiyasının tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin əhatə dairəsi çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılması nəzərdə tutulur. Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib. O, müqavilənin nə vaxt imzalandığı barədə məlumat verməyib.

Şuqayev “Ordu-2022" konfransı çərçivəsində bildirib ki, sözügedən sazişin praktiki icrası artıq aparılır. Moskva və Ankara 2017-ci ildə "S-400"lərin tədarükünə dair müqavilə imzalayıblar. Türkiyə Rusiyadan sistem alan ilk NATO ölkəsi olub. ABŞ "S-400"dən imtina etməyi tələb edib, daha sonra Ankaraya qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların ləğvi müqabilində Vaşinqton Türkiyəyə "S-400"ləri Ukraynaya verməyi təklif edib. Türkiyə məhdudiyyətlərə baxmayaraq, Rusiyadan "S-400" almağa davam edəcəyini açıqlayıb. Türkiyə ilə münasibətlər qurmağa çalışan, Rusiya ilə müttəfiq olan Ermənistanda bu iki dövlət arasında olan münasibətləri diqqətlə izləyirlər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR