İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən İsveçin ekstradisiya oyununa SƏRT CAVAB: "Gözləntimiz bu deyil, ..." - VİDEO

İsveç bu yaxınlarda dələduzluq ittihamı ilə axtarılan şəxsin Türkiyəyə ekstradisiyasına qərar verdiyini açıqlamışdı.

Musavat.com xəbər verir ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qiymətləndirmələr edən Türkiyəmim Ədliyyə naziri Bəkir Bozdağ terrorçuların ekstradisiyasına hələ də müsbət cavab verilmədiyini bildirib.

Bəkir Bozdağ İstanbul Bayrampaşada qatıldığı bir sıra proqramlardan sonra jurnalistlərin suallarını cavablandırıb.

Bozdağ, "Bizim gözləntimiz dələduzluqda ittiham olunanlarla bağlı deyil. Türkiyənin tələbi terror cinayətlərində ittiham olunan və Türkiyə tərəfindən ekstradisiyası tələb edilən şəxslərlə bağlıdır", - deyə açıqlama verib. 

Bəkir Bozdağ daha sonra İsveç və Finlandiya arasında imzalanan anlaşma memorandumunda Türkiyənin tələblərinin də qeyd edildiyini, həm İsveç, həm də Finlandiya hökumətlərinin Türkiyənin tələblərini yerinə yetirməyi öhdələrinə götürdüklərini və bu öhdəlikləri öz imzaları ilə təsdiq etdiklərini bildirib.



Jurnalist ondan Finlandiya, İsveç və Türkiyə arasında avqustun 26-da baş tutacaq görüş və Türkiyənin gözləntiləri barədə soruşduqda, Bozdağ Türkiyənin gözləntilərini çox açıq şəkildə ifadə etdiklərini söyləyib.

Nazir Bozdağ sözlərini belə davam edib:

"İndiyədək İsveç və Finlandiyadan terror cinayətlərində təqsirləndirilən və Türkiyə tərəfindən ekstradisiyası tələb edilən şəxslərin heç biri Türkiyəyə təhvil verilməyib. Terrorçuluq ittihamı ilə mühakimə olunan hər hansı şəxslə bağlı Türkiyəyə müsbət rəsmi dönüş edilməyib. Bu razılaşmadan sonra İsveç və Finlandiyaya daha əvvəl göndərdiyimiz sorğuları yenilədik, həmçinin yeni tələbləri və rədd etdikləri istəkləri yenidən çatdırdıq. Bu məlumatdan sonra heç bir müsbət və ya mənfi reaksiya almamışıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR