İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən İsrailə sərt etiraz: “Dohadakı hücum alçaq təcavüzdür”

Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohada HƏMAS müzakirə heyətinə qarşı həyata keçirdiyi hücuma ən sərt şəkildə reaksiya verib. Ankara yayımladığı bəyanatda bu əməliyyatı qətiyyətlə pisləyib və onu “alçaq hücum” adlandırıb.

Türkiyə XİN-in açıqlamasında bildirilir ki, atəşkəs danışıqları davam etdiyi bir vaxtda HƏMAS nümayəndə heyətinin hədəfə alınması İsrailin sülh niyyətində olmadığını, əksinə müharibəni davam etdirmək istədiyini göstərir. Nazirlik vurğulayıb ki, bu addımla İsrail bölgədə hədəfə aldığı ölkələr siyahısına vasitəçilik edən Qətəri də əlavə etmiş oldu.

Bəyanatda xüsusi olaraq qeyd olunub: “Bu əməliyyat İsrailin ekspansionist siyasətinin, terroru dövlət siyasəti kimi qəbul etdiyinin açıq sübutudur. Suverenliyi və təhlükəsizliyi hədəf alan bu alçaq hücum qarşısında biz Qətərin yanındayıq”.

Türkiyə həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək İsrailin bölgədə və Fələstində həyata keçirdiyi təcavüzün dərhal dayandırılması üçün ona qarşı təzyiqlərin artırılmasını tələb edib. Ankara bu çağırışını bir daha təkrarlayaraq İsrailin siyasətini bölgədə sabitlik və barışıq üçün əsas maneə adlandırıb.

Musavat.com

ab28ec0a-3aec-4907-9f73-448c258f0915.jpg (162 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR