İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Muğla əyalətinin Datça rayonu ərazisində dünəndən başlayan şiddətli meşə yanğını nəzarət altına alınıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

O, ilkin araşdırmalara əsasən, yanğının yaxınlıqda yerləşən transformatordan başladığını qeyd edib.

Kirişçinin sözlərinə görə, son olaraq yanğında 7 insan yaralanıb, ölüm faktı qeydə alınmayıb. Bundan əlavə, 10 evə ziyan dəyib, 3 500-dən çox insan bölgədən təxliyə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR