İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə vəhşicəsinə öldürülən 7 it zibillikdən tapıldı

Türkiyədə zibillikdə vurularaq və ya zəhərlənərək öldürüldüyü güman edilən 7 itin ölümü ilə bağlı jandarma və bələdiyyə qrupları tərəfindən araşdırma başladılıb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Karabük şəhərində baş verib.

Zibillikdə çoxlu ölü it görən vətəndaşlar vəziyyəti jandarma və bələdiyyəyə xəbər verib. Xəbərdarlığın ardından hadisə yerinə gələn qruplar, 7 itin öldürüldüyünü təyin edib.

Heyvanların təxminən 15 gün əvvəl vurularaq və ya zəhərlənərək öldürüldüyünü qiymətləndirən qruplar, mövzuyla əlaqədar araşdırma başladıb.

Daha sonra itlər bələdiyyə işçiləri tərəfindən basdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR